Дневник

Главная » 2009 » Апрель » 03 » Aysel & Arash
Aysel & Arash
22:06
Aysel "Avroviziya-2009"da Araşla duet oxuyacaq
Cütlüyün ifa edəcəyi "Always" mahnısında Yaxın Şərq, İran və Azərbaycan elementləri olacaq

Azərbaycanı təmsil edən Aysel Teymurzadə may ayında Moskvada keçiriləcək "Avroviziya-2009" mahnı müsabiqəsində Araşla duet oxuyacaq. Bu barədə əslən Cənubi Azərbaycanlı ifaçı, hazırda isə Dubayda olan Araş BBC-yə müsahibəsində bildirib. Cütlük müqsabiqədə Araşın yazdığı "Always" yəni "Həmişə" mahnısını ifa edəcək.

"Mən bu prosesdə belə iştirak etməyə başlamışam ki, müsabiqədə iştirak edəcək müğənninin seçildiyini bilirdim. Həmçinin müxtəlif mahnılar üçün müsabiqənin elan edildiyindən də agah idim. Mən isə yaxşı bir mahnı yazmışdım. Onu Azərbaycana yolladım. Onların xoşuna gəldi. Sonra isə fikirləşdim ki, mən də müğənniyəm və mən də iştirak etmək istərdim. Odur ki, indi mən də Avroviziya müsabiqəsində iştirak edəcəm".

Araşın bildirdiyinə görə, "Always" mahnısında Yaxın Şərq, İran və Azərbaycan elementləri olacaq. Amma mahnının özü Avropa üslubundadır.

1980-ci ildə Əfqanıstanda doğulmuş Araş hazırda Avropada yaşayır. Onun mənşəcə Təbrizdən olan atası Zahir Huvayda Əfqanıstanda tanınmış müğənnidir. Araşın ifa etdiyi mahnılar Avropa üslubunda olsa da, özündə Yaxın Şərq elementlərini əks etdirir

Просмотров: 905 | Добавил: mURAD | Теги: evrovision, arash & aysel, arash, aysel | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Календарь
«  Апрель 2009  »
Пн Вт Ср Чт Пт Сб Вс
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Поиск
Архив записей
Наш опрос
Оцените мой сайт
Всего ответов: 1
Мини-чат
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0